2030-cu ilə qədər 7 qiqavat gücündə yaşıl enerji layihələri reallaşdırılacaq – Nazir

15:16 - 11.10.2024


11 oktyabr, Fineko/abc.az. Qarabağda yaşıl enerji zonalarının yaradılması xalis sıfıra keçid üçün əsas olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclasında energetika naziri Pərviz Şahbazov deyib.

O bildirib ki, 2030-cu ilə qədər 7 qiqavat yaşıl enerji reallaşdırmaq planlarımız var:

“Bunun da 70%-i ixrac olunacaq: “Bu yaşıl enerji dəhlizləri Mərkəzi Asiyadan Avropaya daha geniş coğrafiyada yaşıl enerji keçidinə mühüm töhfə verəcək. Azərbaycanın regionda COP29-a ilk ev sahibliyi edən ölkə kimi, Paris Sazişinin yeni razılaşması və 6-cı maddəsinin həyata keçirilməsi də daxil olmaqla, COP29-da balanslaşdırılmış nəticə əldə etmək üçün iddialı gündəm var. COP-29 Prezidentliyi, maliyyə axınının əhəmiyyətli dərəcədə artırılmasına diqqət yetirərkən, eyni zamanda maneələrin sürətlə aradan qalxmasına yol açacaq”.