"iPhone 16”nın bu növləri bundan sonra Hindistanda istehsal ediləcək

10:49 - 11.10.2024


11 oktyabr, Fineko/abc.az. "iPhone 16”nın “Pro” və “Pro Max” modellərinin istehsal olunacağı ölkə dəyişib. ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət smartfonları bundan sonra Hindistanda istehsal edəcək. 

İlin sonunadək bu ölkədə 12 milyondan çox smartfonun satışı nəzərdə tutulub.

Qeyd edək ki, şirkətin əvvəllər də ABŞ, Çin, Hindistan kimi ölkələrdə istehsal müəssisələri var idi. Onu da deyək ki, “iphone 16” modelinin ilk seriyası ABŞ-nin Kaliforniya ştatında istehsal olunub.

Müəllif: Elmir Murad