12:20 - 9.10.2024
9 oktyabr, Fineko/abc.az. Türkmənistan Müstəqil Dövlətlər Birliyi (MDB) ərazisində və onun hüdudlarından kənarda enerji təchizatının həcminin və coğrafiyasının genişləndirilməsinin tərəfdarıdır.
ABC.AZ xəbər verir ki, bu barədə ölkə prezidenti Sərdar Berdiməhəmmədov bildirib.
“Enerji sahəsində Türkmənistan MDB və onun hüdudlarından kənarda enerji daşıyıcılarının tədarük həcminin və coğrafiyasının genişləndirilməsinin tərəfdarıdır. Söhbət həm xammal tədarükündən, həm də elektrik enerjisindən gedir”, - deyə o bildirib.
Türkmənistan rəhbəri həmçinin MDB-də "yaşıl" iqtisadiyyatın fəaliyyət göstərməsi üçün şəraitin yaradılması, az karbonlu enerjiyə əsaslanan iqtisadi və istehsal klasterlərinin formalaşmasını əməkdaşlığın çox vacib istiqaməti adlandırıb.
"Bu, perspektivli işdir, amma bunun həyata keçirilməsinə indi yanaşmalı, bunun üçün ölkələrimizdə mövcud olan ciddi elmi və texnoloji potensialdan istifadə etməli, birgə tədqiqat və praktik əməkdaşlıq üçün şərait yaratmalıyıq", - deyə əlavə edib.
17 Avqust 2026
15 Avqust 2026