17:01 - 2.10.2024
2 oktyabr, Fineko/abc.az. Qırğızıstanda rəsmi olaraq yanacaq markalama sistemi işə salınıb.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət vergi xidməti məlumat verib.
Benzin və dizel yanacağının məcburi etiketlənməsi dünəndən tətbiq olunur. Respublikada həm idxal olunan, həm də istehsal olunan yanacaq və sürtkü yağları — molekulyar markerlərdən istifadə etməklə etiketləmək lazımdır.
"2025-ci ildən etibarən markalanmamış benzin və dizel yanacağının satışı qadağan ediləcək. Molekulyar marker yanacağın quruluşuna nüfuz edir və yuyulmağa həssas deyil. Bu sistemin tətbiqi yanacaq və sürtkü yağlarının qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıqla effektiv mübarizə aparmağa və bazarda yanacağın keyfiyyətini artırmağa imkan verəcək", - məlumatda deyilir.
17 Avqust 2026
15 Avqust 2026