Neft bahalaşır, Brent bir barelə $72 dollar

09:27 - 30.09.2024


30 sentyabr, Fineko/abc.az. Etalon markaların qiyməti ötən həftənin sonunda düşdükdən sonra bazar ertəsi hərracda yüksəlir.

Brent markalı neftin dekabr fyuçersi ICE Futures birjasında saat  09:24-də $0,46 (0,64%) artaraq bir barel üçün $72,00-a yüksəlib. Sentyabrın 27-də keçirilən hərracların nəticələrinə görə, dekabr ayında Brent neft fyuçersləri $0,45 (0,63%) artaraq bir barel üçün $71,54-a çatıb.

Saat 09:24-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçersləri $0,40 (0,59%), bir barelə $68,58-a yüksəldi. Sentyabrın 27 - də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $0,51 (0,75%) artaraq bir barel üçün $68,18-a çatıb.
Ötən həftə Brent markalı neft 3,37%,   WTI nefti isə 3,97% ucuzlaşıb.