Ötən ay Azərbaycanda 6 bank filialı və 4 bank şöbəsi bağlanıb

11:08 - 26.09.2024


26 sentyabr, Fineko/abc.az. 31 avqust 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 481, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 125 olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ayın eyni dövründə bank filiallarının sayı 487, bank şöbələrinin sayı 92 olub ki, bu da aylıq müqayisədə 6 bank filialının və 4 bank şöbəsinin bağlanması deməkdir.

Hesabat ayında bank sektorunda çalışanların sayı 0.8% və ya 201 nəfər artaraq 24,523 nəfər təşkil edib.