"International" BOKT-nin 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır

14:10 - 27.08.2026


27 avqust, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” verilib.

Ümumi buraxılış həcmi 1 milyon manat olan sənədsiz, adlı istiqrazların sayı 10 000 ədəd, hər birinin ilkin ticarət qiyməti isə 100 manat təşkil edir. İllik gəlirlilik faizi 15% olan bu qiymətli kağızların tədavül müddəti 24 aydır.

Faiz ödənişləri hər 30 gündən bir həyata keçiriləcək. Hərracın dəqiq tarixi emitent tərəfindən açıqlanacaq, prosesin anderrayteri isə “PAŞA Kapital İ.Ş.” QSC-dir.