09:44 - 27.08.2026
27 avqust, Fineko/abc.az. ABŞ-də büdcə kəsiri narahatlıqları və dolların zəifləməsi gözləntiləri fonunda qızılın qiyməti yüksəlib.
Spot qızılın bir unsiyası 0,8% bahalaşaraq 4 630,09 dollara, ABŞ qızıl fyuçersləri isə 0,7% artaraq 4 685,50 dollara çatıb.
Bazarların diqqəti Federal Ehtiyat Sisteminin (FED) sədri Kevin Uorşun "Jackson Hole" simpoziumundakı çıxışına yönəlib. Marketlərdə FED-in sentyabrda faiz artırma ehtimalı 36,5%, dekabra qədər isə 72,7% olaraq qiymətləndirilir.
Digər qiymətli metallardan gümüş 1,7% artaraq 69,28 dollara, platin 1,1% yüksələrək 1 848,57 dollara, paladoyum isə 0,5% artımla 1 334,49 dollara çatmışdır.
4 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026