15:00 - 27.08.2026
27 avqust, Fineko/abc.az. Təhsil Tələbə Krediti Fondunun (TTKF) kredit müqavilələrinin rəsmiləşdirilməsi prosesi "SİMA İmza" vasitəsilə tam rəqəmsal müstəviyə keçirilib. Bu ildən etibarən TTKF tərəfindən ayrılan təhsil kreditləri üzrə müqavilələrin onlayn imzalanması müstəsna olaraq “SİMA İmza” ilə icra olunur.
Tələbələr e-ttkf.edu.az portalında qeydiyyatdan keçdikdən sonra müvəkkil bank tərəfindən göndərilən keçid vasitəsilə "SİMA İmza" tətbiqinə yönləndirilir və üztanıma (biometrik) texnologiyası ilə şəxsiyyətlərini təsdiqləyərək müqaviləni bir neçə dəqiqə ərzində imzalayırlar. Yenilik vaxta qənaət edilməsi, təhlükəsizliyin artırılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi daşıyır.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026