"Zoom", "OpenAI" və "Zoho" Azərbaycanda vergi uçotuna alınıb

14:29 - 27.08.2026


27 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda vergi tənzimləmələrinin təkmilləşdirilməsi çərçivəsində daha 3 beynəlxalq şirkəti — "Zoom Communications", "OpenAI" və "Zoho Corporation"u elektron qaydada vergi uçotuna alıb. Qeydiyyat sentyabrın 1-dən qüvvəyə minəcək.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, gələn aydan ölkə üzrə illik dövriyyəsi 10 min dolları aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün elektron vergi qeydiyyatı məcburi olur.

Qeydiyyatdan keçmiş şirkətlərə edilən ödənişlərdən ƏDV banklar tərəfindən tutulmayacaq; həmin şirkətlər ƏDV-ni özləri hesablayaraq birbaşa dövlət büdcəsinə ödəyəcəklər.