12:02 - 27.08.2026
27 avqust, Fineko/abc.az. Çip istehsalçısı "Nvidia"nın satış gəlirlərinin kəskin artacağını açıqlaması qlobal bazarlarda yüksəlişə səbəb olub. ABŞ və Asiya birja indeksləri, xüsusilə yarımkeçirici sektorunda fəaliyyət göstərən texnologiya şirkətlərinin səhmləri hesabına dəyər qazanıb.
Buna baxmayaraq, ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz artırma ehtimallarının yüksəlməsi bazarlarda ehtiyatlı davranışa gətirib çıxarıb. FES-in əsas götürdüyü inflyasiya göstəricilərinin hədəfdən yuxarı qalması fonunda qızılın bir unsiyası 4 600 dolları ötüb, neftin qiyməti isə Hörmüz boğazında gəmilərin hərəkətinin bərpası ümidlərilə enərək "Brent" markası üzrə 87 dollar ətrafında qərarlaşıb.
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026