Maliyyə Nazirliyi 200 milyon manatlıq dövlət istiqrazlarını hərraca çıxarır

14:04 - 27.08.2026


27 avqust, Fineko/abc.az. Sentyabrın 1-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Tədavül müddəti 1080 gün (3 il) olan istiqrazların ümumi nominal dəyəri 200 milyon manat, bir adədinin nominal dəyəri isə 100 manat təşkil edir.

İllik kupon dərəcəsi 7% olan qiymətli kağızlar üzrə ödənişlərin 2027-2029-cu illər ərzində 6 ayda bir dəfə (1 mart və 1 sentyabr tarixlərində) həyata keçirilməsi nəzərdə tutulub. Hərrac zamanı tələb təklifi üstələyəcəyi halda, emissiya həcmi 100%-ədək artırıla bilər.