Rusiyada taxıl yığımı 100 milyon tonu ötüb

14:53 - 27.08.2026


27 avqust, Fineko/abc.az. Rusiyada bu mövsüm yığılan ümumi taxılın həcmi avqustun 26-da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% artaraq 100,5 milyon tona çatıb. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, əkin sahələrinin 65%-dən çoxunda yığım işləri artıq yekunlaşıb.

Məhsuldarlıq hər hektardan 3,6 ton təşkil etməklə ötən illə müqayisədə 4,3% artıb. Qurum toplanmış məhsulun daxili tələbatı tam ödəməyə kifayət etdiyini bildirib. Eyni zamanda, gələn ilin məhsulu üçün payızlıq taxılın əkin sahələri genişləndirilərək 482,7 min hektara çatdırılıb.