15:07 - 25.09.2024
25 sentyabr, Fineko/abc.az. Nizamnamə kapitalının böyük hissəsi Dubayda qeydiyyatda olan “Practical Solutions Middle East FZ” (PSG) şirkətinə məxsus olan “PSG Finance Bank Olmayan Kredit Təşkilatı” MMC bazarda yeni adla çıxış edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.
Belə ki, rəhbərliyin qərarına əsasən, “PSG Finance” BOKT bundan sonra “Monetri” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq adlandırılacaq.
2013-cü ildə təsis edilmiş bu kredit təşkilatının hazırda 10 milyon manat nizamnamə kapitalı var. Nizamnamə kapitalının 75.0 faizi “Practical Solutions Middle East FZ” Şirkətinə, 12.5 faizi Faiq Məmmədova, 12.5 faizi isə “Chaparxana KFT” şirkətinə məxsusdur.
BOKT bir müddətdir ki, öz rəsmi internet və ya sosial şəbəkələrdəki adlarının fəaliyətini dayandırmışdı. Bununla belə, BOKT rəsmi olaraq bir çox dövlət uçotlarına dair reyestrlərdə köhnə adı ilə fəaliyyət göstərir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026