10:08 - 25.09.2024
25 sentyabr, Fineko/abc.az. İmişli rayonunda 8 931 abonentin qaz təchizatı dayandırılacaq.
ABC.AZ xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, sentyabrın 25-də saat 09:00-dan etibarən işlər yekunlaşanadək İmişli şəhər mərkəzi, 7 kəndində – Yalavac, Şəkərli, Cəfərli, Muradxanlı, Əliqullar, Oruclu, Ağaməmmədli kəndlərində qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatının dayandırılması “İmişli 1” qaz ölçü qovşağından qidalanan diametri 315 mm və diametri 160 mm-lik PE orta təzyiqli qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar olacaq.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026