16:59 - 24.09.2024
24 sentyabr, Fineko/abc.az. “Shell” şirkəti, tələb olmadığı üçün Norveçin qərb sahilində aşağı karbonlu hidrogen zavodu inşa etməsindən imtina edib.
ABC.AZ xəbər verir ki, bu, Equinox-un Norveçdə analoji planlaşdırılan layihəni ləğv etməsindən sonra baş verib.
Mavi Hidrogen kimi tanınan karbonun tutulması və saxlanması ilə birlikdə təbii qazdan əldə edilən hidrogen, Avropa sənayesini karbondan təmizləmək və iqlim hədəflərinə çatmaq üçün bir addım kimi qiymətləndirilir, lakin ənənəvi metodlardan daha bahalıdır.
"Mavi hidrogen bazarının ortaya çıxdığını görmədik və layihəni inkişaf etdirməməyə qərar verdik" deyə “Shell”dən bildiriblər.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026