12:19 - 24.09.2024
24 sentyabr, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Almaniya kansleri Olaf Şoltsla danışıqlar zamanı Ankara-Aİ münasibətlərini "canlandırmalı" olduğunu bildirib.
ABC.AZ xəbər verir ki, Türkiyə liderinin mətbuat xidmətindən verilən məlumata görə,"görüşdə Türkiyə ilə Almaniya arasında ikitərəfli münasibətlər, İsrailin Fələstin ərazilərinə, xüsusən Qəzza zolağına sistematik hücumları, Türkiyənin Avropa Birliyinə daxil olma prosesinin intensivləşməsi, regional və qlobal məsələlər müzakirə olunub".
Bundan başqa, Ərdoğan bildirib ki, Almaniyadan viza məsələsinin tezliklə həlli üçün dəstək gözlənilir.
7 Avqust 2026
7 Avqust 2026