Türkiyə Rusiya neftinin idxalını iki dəfə azaldıb

10:50 - 24.09.2024


24 sentyabr, Fineko/abc.az. Türkiyə tərəfindən Rusiya neftinin alınması yarıya endirilib.

ABC.AZ xəbər verir ki, bunun səbəbi, sentyabrın 5-də başlayan İzmir yaxınlığındakı STAR NEZ-də təmir olmuşdur. Qeyd edək ki, avqust ayında bu göstərici sutkada 200 min barelə enib. Mütəxəssislər bu vəziyyəti narahat, lakin qeyri-kritik adlandırırlar. Təmirin ən azı iki ay davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə Rusiya neftinin üçüncü iri alıcısıdır.