Azərbaycan daha üç ölkə ilə Black Sea Energy layihəsi üzrə birgə müəssisə yaradıblar

12:04 - 4.09.2024


4 sentyabr, Fineko/abc.az. Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın elektrik enerjisi paylayan şirkətləri Qara dəniz sualtı kabelinin (Black Sea Energy) çəkilməsi layihəsinin bir hissəsi olacaq birgə istehsalın yaradılması haqqında saziş imzalayıblar.

ABC.AZ xəbər verir ki, 3 sentyabr 2024-cü ildə Buxarestdə Yaşıl Enerji Dəhlizi layihəsində iştirak edən ölkələrin nazirlərinin görüşü keçirildi.

Görüşdə Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın öz ölkələrində elektrik enerjisinin paylanması ilə məşğul olan elektroenergetika şirkətləri tərəfindən birgə istehsalın yaradılması haqqında saziş bağlanıb.

Layihənin iştirakçısı olan ölkələrin energetika nazirlərinin 2024-cü ilin may ayında Tbilisidə keçirilmiş görüşünün yekunlarına görə, şirkət Buxarestdə yerləşəcək.

Qara dənizin dibindəki kabel vasitəsilə Azərbaycandan Avropa ölkələrinə elektrik enerjisinin ötürülməsi layihəsinin həyata keçirilməsi ilə məşğul olacaq birgə müəssisənin yaradılması haqqında memorandum Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nümayəndələri tərəfindən 25 iyul 2023-cü il tarixində imzalanıb.