11:29 - 30.08.2024
30 avqust, Fineko/abc.az. Misirin Baş naziri Mustafa Madbuli Rusiyanın “Rosatom” dövlət korporasiyasının iştirakı ilə ölkədə inşa edilən Əl-Dabaa AES layihəsinin tezliklə həyata keçirilməsi üçün tədbirlər görməyi tapşırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Misir hökuməti bildirib.
Bundan əvvəl Misirin Elektrik və Bərpa Olunan Enerji Nazirliyi məlumat vermişdi ki, qurumun rəhbəri Mahmud Esmat və Rusiyanın “Rosatom” Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçyov görüş zamanı Əl-Dabaa Atom Elektrik Stansiyasının tikintisinin sürətləndirilməsi yollarını müzakirə ediblər.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026