17:33 - 29.08.2024
29 avqust, Fineko/abc.az. “TotalEnergies” şirkəti, İngiltərənin Şimal dəniz sektorundakı Culzean dəniz platformasını elektrik enerjisi ilə təmin etmək üçün dəniz külək elektrik stansiyasının pilot layihəsini işə salıb.
ABC.AZ xəbər verir ki, bu barədə Fransa şirkətinin mətbuat xidməti məlumat yayıb.
Şirkət qeyd edir ki, beləliklə, Culzean yatağında innovativ dekarbonizasiya sxemi tətbiq olunur.
Culzean üçün dəniz külək generatoru, Culzeandan 2 km qərbdə, Şotlandiyanın şərq sahillərindən 220 km məsafədə yerləşəcək, gücü 3 MVt olacaq.
18 Avqust 2026
17 Avqust 2026