16:53 - 20.08.2024
20 avqust, Fineko/abc.az. “Tatneft”in 2024-cü ilin yanvar-iyun ayları üçün beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) uyğun olaraq xalis mənfəəti 2,5% artaraq 151,4 milyard rubl təşkil edib.
ABC.AZ xəbər verir ki, hesabat dövründə "Tatneft"in gəlirləri 49,25% artaraq 931,12 milyard rubla çatıb. Vergi öncəsi mənfəət 194,76 milyard rubl təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 6,4% çoxdur.
Əməliyyat mənfəəti 25,14% artaraq 196,98 milyard rubla çatıb.
"Tatneft" neft hasilatının həcmi baxımından Rusiya şirkətlərinin ilk onluğuna daxildir. "Tatneft" in əsas səhmdarı, şirkətin adi səhmlərinin 34%-nə sahib olan Tatarıstan Respublikasıdır. Təxminən 3%-i xəzinə səhmlərindən, 13%-i ADR-də yerləşdirilmişdir. Səhmlərin 50%-i digər səhmdarlara məxsusdur.
18 Avqust 2026