12:07 - 16.08.2024
16 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Günəşli" yatağında yeni hasilat quyusunu istismara verib.
ABC.AZ SOCAR-a istinadla xəbər verir ki, “Günəşli" yatağında mürəkkəb 341a saylı quyu yan lülə qazmasından sonra gündəlik 32 ton hasilatla işə düşüb.
Bildirilib ki, quyuda baş verən mürəkkəbləşmələrə baxmayaraq, SOCAR əməkdaşlarının birgə səyləri nəticəsində uğurlu nəticə əldə edilib.
Hazırda “Günəşli” yatağında, ümumilikdə, 370 quyu qazılıb ki, onlardan 279 quyu istismardadır. İşlənmənin əvvəlindən bu quyulardan 201,3 milyon ton neft (kondensatla birlikdə), 127 milyard m3-dən çox qaz hasil olunub.
18 Avqust 2026