Azərbaycanda bərpa olunan enerjinin payını 30%-dən çox etmək olar - Nazir müavini

15:22 - 25.07.2024


25 iyul, Fineko/abc.az. 2030-cu ilə qədər Azərbaycanın enerji istehsalı gücündə bərpa olunan enerjinin payını 30%-dən çox etmək olar.

ABC.AZ xəbər verir ki, bunu energetika nazirinin müavini Kamal Abbasov deyib.

O bildirib ki, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq hədəflənib:

“Lakin enerji keçidinin hazırkı tempində bu pay 2027-ci ilə qədər 32.6%-ə, 2030-cu ilə qədər isə 34.6%-ə çata bilər”.

Onun sözlərinə görə, hazırda Azərbaycan beynəlxalq enerji şirkətləri ilə daxili istehlak üçün gücü 10 gigavata qədər olan “yaşıl enerji”, növbəti onillikdə iqtisadiyyatın dekarbonizasiyası və ixrac layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edir.