Neft bahalaşır, Brent barel başına $81,23 təşkil edir

09:25 - 24.07.2024


24 iyul, Fineko/abc.az. Ötən sessiyanın nəticəsində düşəndən sonra, çərşənbə günü keçirilən ticarətdə etalon markaların qiyməti yüksəlir.

London ICE Futures birjasında Brent markalı neftin sentyabr ayı üçün fyuçers qiyməti saat 09:22-də $0,22 (0,27%) artaraq bir barel üçün $81,23-a yüksəldi. İyulun 23-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri $1,39 (1,69%) ucuzlaşaraq bir barelə $81,01-a düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin sentyabr fyuçerslərinin qiyməti saat 09:22-də $0,23 (0,30%) artaraq bir barelə $77,19-a çatıb. İyulun 23-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin sentyabr fyuçerslərinin qiyməti $1,44 (1,84%), bir barel üçün $76,96-a düşdü.