İran öz qaz mərkəzini yaratmağı planlaşdırır – Rusiyanın rolu mühümdür

20:47 - 16.07.2024


16 iyul, Fineko/abc.az. İranda qaz mərkəzinin və Şimal-Cənub nəqliyyat arteriyasının yaradılmasında mühüm rol Rusiyaya məxsusdur. 

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin vəzifələrini icra edən Əli Baqeri Kani bildirib.

Ötən ay Rusiyanın "Qazprom" və İranın "NIGC" şirkətləri Rusiya Federasiyasından İrana mavi yanacaq ixracının hazırlanması ilə bağlı memorandum imzalayıb. Daha əvvəl bildirilirdi ki, yeni qaz ticarət platformasının yaradılması ilə bağlı danışıqlar təkcə Moskva ilə Tehran arasında deyil, həm də Qətər və Türkmənistan ilə aparılır.
Hazırda bu layihə çərçivəsində İranın cənubunda elektron ticarət platformasının həyata keçirilməsi müzakirə olunur.
Qeyd etmək lazımdır ki, bu ideya reallaşa bilsə, yeni mərkəz dünyanın ən böyük qaz ehtiyatlarına malik ölkələri birləşdirəcək.