10:31 - 11.07.2024
11 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Avropaya təxminən 6,4 milyard kubmetr qaz ixrac olunub.
ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bu ilin birinci rübündə Türkiyəyə 5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz ixrac olunub.
Bundan başqa, onun sözlərinə görə, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 2,8 milyard kubmetr qaz nəql edilib.
Bu ilin 6 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 % çoxdur.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026