Neft ucuzlaşır, Brent bir barel üçün 87,11 dollar təşkil edir

09:35 - 5.07.2024


5 iyul, Fineko/abc.az. Etalon markalı neftin qiymətləri cümə günü hərracda ucuzlaşır.

Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:32-ə 0,32 dollar (0,37%) ucuzlaşaraq 87,11 dollar/barelə bərabər olub. İyulun 4-də keçirilən ticarətin yekunlarına görə, sentyabrda Brent markalı neftin fyuçersləri 0,09 dollar (0,10%) bahalaşaraq 87,43 dollar/barelə çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin avqust fyuçerslərinin qiyməti 0,36 dollar (0,43%) azalaraq 1 barelə görə 83,52 dollar təşkil edib. Cümə axşamı, iyulun 4-də ABŞ-da birjalar Müstəqillik Gününün qeyd olunması ilə əlaqədar bağlanıb və bir gün əvvəl müqavilə bir barel üçün ticarəti 83,88 dollar səviyyəsində başa vurub ki, bu da aprelin 16-dan bəri ən yüksək göstəricidir.