17:46 - 10.06.2024
10 iyun, Fineko/abc.az. Ekoloji cəhətdən təmiz "yaşıl" hidrogenin istehsalı üzrə layihələrin işlənməsi məqsədilə birgə diplomatik ofis Kolumbiya və Almaniya hökumətləri tərəfindən açılıb.
ABC.AZ xəbər verir ki, ofis Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdiriləcək. Onun vəzifəsi bərpa olunan enerji mənbələrinin inkişafını təşviq etməkdir.
Kolumbiya Mədən və Enerji Nazirliyi bu təşəbbüsün qlobal dekarbonizasiya məqsədlərinə çatmaq üçün vacib olduğunu izah etdi.
Eyni zamanda, hidrogen enerjisinin yaradılması dövlət və özəl sektorun, elmi dairələrin və vətəndaş cəmiyyətinin iştirakçıları arasında koordinasiya zamanı baş verəcəkdir.
8 Avqust 2026
8 Avqust 2026