10:59 - 5.06.2024
5 iyun, Fineko/abc.az. “Bakı Neft Maşınqayırma Zavodu” MMC 2023-cü ildə 560 min manat xalis mənfəət əldə etməklə, 2022-ci ildəki nəticəni 31 faiz üstələyib. Öncəki ildə 427 min manat xalis mənfəət əldə etmişdi.
ABC.AZ Zavodun illik maliyyə hesabatına istinadən xəbər verir ki, zavod əsasən neft-qaz sənayesində istifadə olunan avadanlıqlar istehsal edir. 2023-cü ildə 5 milyon 547 min manat gəlir əldə edib. Bu da öncəki ildən 33 faiz yuxarıdır. Satışların maya dəyəri isə 4 429 min manat olub.
Xatırladaq ki, zavodun 16.1 milyon manat nizamnamə kapitalı var.
21 Avqust 2026
21 Avqust 2026