10:21 - 6.05.2024
6 may, Fineko/abc.az. İran bu ilin payızında "Karun" AES-in "nüvə adası"nın tikintisinə başlamağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd Eslami bildirib.
"Nüvə adası" nüvə stansiyasının nüvə reaktorunun fəaliyyətini təmin edən bina və tikililər kompleksidir.
"Allahın köməyi ilə bu il "Karun" AES-in "nüvə adası"nın ilk beton tökülməsi həyata keçiriləcək... Ümid edirəm ki, bu, payızda baş verəcək", - deyə Eslami bildirib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026