Səudiyyə şirkəti Azərbaycanda 200 MVt gücündə akkumulyatorlu enerji saxlama sistemi quracaq

16:19 - 3.05.2024


3 may, Fineko/abc.az. Səudiyyə şirkəti Azərbaycanda 200 MVt gücündə akkumulyatorlu enerji saxlama sistemi quracaq.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov X sosial şəbəkəsində yazıb.

“Müzakirələr nəticəsində yaşıl enerji tərəfdaşlığımızı daha da gücləndirən iki əməkdaşlıq müqaviləsi imzaladıq: Enerji Nazirliyi ilə “ACWA Power” arasında 200 MVt gücündə akkumulyator enerji saxlama sistemi layihəsinin həyata keçirilməsi haqqında Saziş və eyni tərəflər arasında 200 meqavat gücündə yerüstü külək enerjisi layihəsi haqqında Çərçivə Sazişi”, — deyə P. Şahbazov qeyd edib.