Türkiyə parlamenti maye qazın satışına dair qanunu təsdiqləyib

12:19 - 3.05.2024


3 may, Fineko/abc.az. Türkiyə parlamenti ölkədə idxal olunan təbii qazın mayeləşdirilmiş formada satılmasına imkan verən qanunu təsdiqləyib. Qanun layihəsi yanvar ayında parlamentə göndərilmişdi. 

ABC.AZ xəbər verir ki, qanunun qəbul edilməsi, Türkiyənin idxal etdiyi təbii qazın mayeləşdirilməsi üçün müəssisələr yaratmağa və beynəlxalq qaz ticarət mərkəzinə çevrilməsi üçün qanunvericilik bazasını gücləndirməyə imkan verəcəkdir.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonunda Rusiya Baş nazirinin müavini Aleksandr Novak mərkəzin yaradılması layihəsinin icrasına 2024-cü ildə başlaya biləcəyini açıqlamışdı. Bu layihə çərçivəsində yol xəritəsi hazırlanacaq. Türkiyə nümayəndə heyəti layihənin detallarını müzakirə etmək üçün Rusiyaya səfər edib.