Avropada qazın qiyməti aprel ayında 6% artıb

11:15 - 1.05.2024


1 may, Fineko/abc.az. Aprel ayının nəticələrinə görə Avropada qazın qiyməti 6% artaraq 1 min kubmetrə 324 dollara çatıb.

ABC.AZ xəbər verir ki, əsas artım amilləri aprel ayında havanın soyuması və Yaxın Şərqdəki gərginlik olub.

Martın 28 - də qaz fyuçersləri 1 min kubmetrə təxminən 306 dollar ticarət edirdisə, aprelin 30-da ticarət əvvəlki ayın sonu ilə müqayisədə 6% daha yüksək olmaqla, 324 dollar səviyyəsində yekunlaşdı.

2023-cü ilin dekabrında Avropada qazın orta qiyməti 1 min kubmetrə təxminən 408 dollar olmuşdu, lakin sonra tədricən azalma baş verdi: yanvar ayında - 337 dollara (ildən ilə 53% aşağı), fevral ayında - 288 dollara (-51%), mart ayında - 302 dollara (-38%), aprel ayında - 320 dollara (-33%).

Qazın qiymətinin artması mart ayına nisbətən daha soyuq hava səbəbindən baş verib.