Elektrik enerji ixracından gəlirlərimiz 6,5 dəfə azalıb

15:27 - 3.04.2024


3 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında "Azərenerji" ATSC 34,8 milyon dollar dəyərində məhsul ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.

Həmin göstəricinin əvvəlki  ilin yanvar-fevral ayları ilə müqayisədə 192,4 milyon dollar və ya 6,5 dəfə azdır.

Belə ki, 2023-ci ilin 2 ayı ərzində "Azərenerji" ATSC 227,2 milyon dollar dəyərində məhsul ixrac etmişdi.