ADNOC, Almaniyanın SEFE şirkəti ilə 15 illik LNG tədarükü müqaviləsi imzalayıb

16:22 - 18.03.2024


18 mart, Fineko/abc.az. Milli Neft Şirkəti ADNOC, Almaniyanın dövlət SEFE törəmə şirkətinə 1 milyon metrik ton mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə dair 15 illik müqavilə imzalayıb.

ABC.AZ xəbər verir ki, LNG, ADNOC Ruwais LNG layihəsindən daxil olacaq, tədarüklərin 2028-ci ildə başlayacağı gözlənilir.

ADNOC diqqətini təbii qaza yönəldib və onu keçid dövrünün yanacağı kimi nəzərdən keçirir, çünki dünya planetin istiləşməsinə səbəb olan emissiyaları məhdudlaşdırmağa çalışarır və LNG üçün rəqabət 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya daxil olduğundan sonra güclənib.