BP Azərbaycana indiyədək nə qədər investisiya yatırıb?

12:29 - 6.03.2024


6 mart, Fineko/abc.az. BP Azərbaycanda və regionda həyata keçirilən layihələrə yatırılan investisiyaların həcmini açıqlayıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, “BP-Azerbaijan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlının sözlərinə görə, BP şirkəti və onun tərəfdaşları Azərbaycanda və regionda həyata keçirilən layihələrə indiyədək 84 milyard ABŞ dollarından artıq investisiya yatırıb.

O qeyd edib ki, BP indi Azərbaycanda yaşıl enerji layihəsini (Cəbrayılda günəş elektrik stansiyasının tikintisi – rəd.) həyata keçirməyi planlaşdırır, bu layihə şirkətin sıfır neytrallığa nail olmaq məqsədinə və bərpa olunan enerji sektorunun inkişafında Azərbaycanın maraqlarına cavab verir.