11:18 - 6.03.2024
6 mart, Fineko/abc.az. Rusiyanın "Rosatom" korporasiyası Saxalində hidrogen istehsalı zavodunu 2029-cu ildə istifadəyə verməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə "Rusatom Oversiz" ASC-nin vitse-prezidenti Anton Moskvin məlumat verib.
Onun sözlərinə görə, tikinti sahəsi artıq müəyyənləşib. Şirkət həm ixrac tədarükünə, həm də Rusiyada tələbatı nəzərdə tutur.
Məlumata görə, zavodun gücü ildə 36,5 min tona qədər "mavi" hidrogen təşkil edə bilər.
2022-ci ildə "Rosatom" "Rusatom Oversiz " və Çinin CEEC şirkətinin 2025-ci ildə Saxalindən Çinə aşağı karbonlu hidrogen ixracına başlamağı planlaşdırdıqlarını bildirdi. Tərəflər müvafiq memorandum imzalamışdı.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026