Amerikanın “Chesapeake Energy” şirkəti və “Gunvor” treyderi 20 il İngiltərəyə qaz ixrac edəcəklər

10:29 - 15.02.2024


15 fevral, Fineko/abc.az. “Chesapeake Energy”, “Delfin” və “Gunvor” LNG ixracatı müqaviləsi bağlayıblar. Saziş, LNG tədarükünə dair uzunmüddətli alqı-satqı müqaviləsini (SPA) nəzərdə tutur.

ABC.AZ xəbər verir ki, ABŞ-da ikinci ən böyük qaz istehsalçısı olan “Chesapeake”,2028—ci ildən başlayaraq hər il “Delfin”dən 0,5 milyon ton LNG alacaq və həmin həcmləri “Gunvor”a tədarük edəcək. Müqavilə 20 il davam edəcək.

Xatırladaq ki, “Delfin” Meksika körfəzində ildə ümumi gücü 13 milyon ton LNG təşkil edən dörd LNG zavodunun inşasını artıq gecikdirib. İndi şirkət onları 2027-ci ilin sentyabr ayına qədər tikməyi öhdəsinə götürür və bunun üçün Amerika hakimiyyətindən icazə alıb.