Ukrayna 4 yeni nüvə reaktoru tikməyi planlaşdırır — 2-si Rusiya istehsalı olan hissələrdən olacaq

12:02 - 26.01.2024


26 yanvar, Fineko/abc.az. 2024-cü ilin yay və ya payız aylarında Ukrayna enerji gücünü kompensasiya etmək üçün dörd yeni nüvə reaktorunun inşasına başlamağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Herman Qaluşenko bildirib.

Qeyd edilir ki, iki blok Rusiya istehsalı olan avadanlıqlara əsaslanacaq. Ukrayna onları Bolqarıstandan idxal etmək istəyir. Söhbət reaktorlardan və müvafiq avadanlıqlardan gedir.