"Azexport"un dəstəyi ilə Dominikan Respublikasına nar şirəsi ixrac edilib

12:07 - 26.08.2026


26 avqust, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı həyata keçirilib.

Məlumata görə, "Hub Trade" şirkəti tərəfindən ixrac olunan 200 və 1000 millilitrlik qablaşdırmada yerli istehsal nar şirəsi məhsulu Gürcüstanın Poti limanından dəniz yolu ilə Dominikan Respublikasına yola salınıb. Məhsul üçün öncədən sərbəst satış sertifikatı rəsmiləşdirilib.

"Azexport" portalının rəhbəri Ayxan Qədəşov bildiriib ki, Karib hövzəsi ölkələri Azərbaycan məhsulları üçün perspektivli və yüksək alıcılıq qabiliyyətinə malik bazardır. Poti limanı üzərindən Amerika qitəsinə tədarük marşrutlarının qurulması ölkənin qeyri-neft ixracının coğrafiyasının şaxələndirilməsinə töhfə verir.

Qeyd edək ki, yerli istehsalçıların xarici bazarlara çıxışını dəstəkləyən "Azexport" portalında qeydiyyat və satışlar üçün heç bir komissiya haqqı nəzərdə tutulmayıb.