11:31 - 26.08.2026
26 avqust, Fineko/abc.az. Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2025-ci ili 3,704 milyon manat mənfəətlə başa vurub. Qurumun maliyyə hesabatına görə, bu göstərici 2024-cü illə müqayisədə 15,4% çoxdur.
Hesabat dövründə DBİ-nin əsas əməliyyat gəlirləri 36,45% artaraq 7,798 milyon manata, sair əməliyyat gəlirləri isə 18,9% artaraq 20,088 milyon manata yüksəlib. Material ehtiyatlarının dəyəri 2,1 dəfə artaraq 1,883 milyon manat, işçi heyəti üzrə xərcləri 15,4% artaraq 16,205 milyon manat, amortizasiya xərcləri isə 2,975 milyon manat (2,1 dəfə çox) təşkil edib. Digər əməliyyat xərcləri 3,068 milyon manat, mənfəət vergisi ödəmələri isə 30,3% azalaraq 27 min manat olub.
Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 4% azalaraq 206,319 milyon manata düşüb. Hesabat dövründə öhdəliklər 50,2% kəskin azalaraq 12,099 milyon manata enib, balans kapitalı isə 1,9% artaraq 194,22 milyon manata çatıb.
Xatırladaq ki, 2008-ci ildə yaradılan və 65,211 milyon manat nizamnamə kapitalı olan DBİ Prezident İlham Əliyevin fərmanı ilə publik hüquqi şəxsdən QSC-yə çevrilib. (C) Report
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026