Ödəniş kartlarının sayı 22,8 milyonu keçib — Ödəniş sistemlərinin statistikası

12:36 - 26.08.2026


26 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2026-cı ilin iyul ayında ölkənin ödəniş sistemləri üzrə əsas göstəricilərində yüksək artım dinamikası qeydə alınıb.

Mərkəzi Bankın hesabatına əsasən, banklar və "Azərpoçt" MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı müvafiq dövrə nəzərən 8,9% artaraq 22 milyon 785 min ədədə çatıb. Eyni zamanda, ölkədaxili nağdsız əməliyyatların həcmində də kəskin artım müşahid olunub və bu göstərici müvafiq dövrə nəzərən 13,9% artmışdır.

AMB-dən bildirilib ki, ödəniş infrastrukturunun genişlənməsi çərçivəsində bankomatların sayı müvafiq dövrə nəzərən 4,4%, POS-terminalların sayı isə 12,1% artmışdır.