Neft bahalaşır, Brent bir barel üçün $80,38 təşkil edir

09:32 - 25.01.2024


25 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə axşamı hərracda artır.

London ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti saat 09:30–da $0,34 (0,42%) artaraq bir barel üçün $80,38-a çatıb. 24 yanvar ticarətinin nəticələrinə görə, Brent markalı neftin mart ayı üçün fyuçersləri $0,49 (0,62%) artaraq bir barel üçün $80,04-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart ayı üçün fyuçerslərinin qiyməti saat 09:30–da $0,40 (0,53%) artaraq bir barel üçün $75,49-a çatıb. 24 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $0,72 (0,97%) artaraq bir barel üçün $75,09-a çatıb.