12:15 - 15.01.2024
15 yanvar, Fineko/abc.az. Microsoft, Apple-ı geridə qoyaraq, dəyəri ilə ictimai şirkətlər arasında dünyada birinci yerə çıxıb.
ABC.AZ xəbər verir ki, Microsoft-un kapitallaşması 2,89 trilyon dollara çataraq Apple-dan 2,87 trilyon dollar çox olub. Microsoft-un səhmləri yanvarın 12-də hər biri 1% artaraq 388,47 dollara, Apple-ın qiymətli kağızları isə 0,2% bahalaşıb. Bu, 2021-ci ilin noyabr ayından bəri ilk dəfədir ki, Microsoft Apple-ı dəyər baxımından qabaqlayır.
Mütəxəssislər qeyd edirlər ki, Microsoft-un maliyyə uğuru süni intellekt (Sİ) sahəsində daha dəqiq strategiya ilə izah olunur.