11:38 - 15.01.2024
15 yanvar, Fineko/abc.az. Türkiyə anti-Rusiya sanksiyaları məsələsində Qərb ölkələrinin təzyiqinin öhdəsindən gələ biləcək, çünki bu, onun maraqlarındadır.
ABC.AZ xəbər verir ki, bu barədə “RİA Novosti”yə verdiyi müsahibədə Türkiyənin "Vətən" Partiyasının sədri Doğu Perincek bildirib.
Onun sözlərinə görə, Ankara yalnız strateji tərəfdaşları olan Rusiya, İran və ÇXR ilə əməkdaşlıq etməklə iqtisadi problemlərin öhdəsindən gələ biləcək.
“Bu ölkələrə qarşı sanksiyalar Türkiyəyə qarşı sanksiyalardır”, — deyə o bildirib.
Xəbər verilmişdir ki, ABŞ Rusiyaya qarşı sanksiyaların icrasına nəzarəti sərtləşdirib və Türkiyə şirkətlərinə qarşı təhdidlər edib. Belə ki, şirkətlərə Moskva ilə əməkdaşlıq qaydaları və onlara riayət etmək tələbi ilə məktublar göndərilir.