15:55 - 8.01.2024
8 yanvar, Fineko/abc.az. Nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş komponentlərə və ayrı-ayrı texniki qurğulara dair dövlət standartları qəbul edilib.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu məlumat yayıb.
İnstitut tərəfindən AZS ECE 4:2023 “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının arxa qeydiyyat nişanlarının işıqlandırılması üçün avadanlıqların təsdiqinə dair vahid müddəalar”, AZS ECE 18:2023 “Mühərrikli nəqliyyat vasitələrinin icazəsiz istifadədən qorunması ilə bağlı təsdiqinə dair vahid müddəalar”, AZS ECE 103:2023 “Mexaniki nəqliyyat vasitələrinin çirklənməyə nəzarət cihazlarının dəyişdirilməsinin təsdiqinə dair vahid müddəalar” yeni dövlət standartları qəbul edilib.
12 Avqust 2026