İraq 2024-cü ildə ölkəyə neft məhsullarının idxalını tamamilə azaltmaq niyyətindədir

10:34 - 7.01.2024


7 yanvar, Fineko/abc.az. İraq 2024-cü ildə ölkəyə neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu, İraq Neft Nazirliyinin sözçüsü Asem Cihad deyib.

Onun sözlərinə görə, 2024-cü ildə İraq daha çox yerli istehsala etibar edəcək.

Bir sıra neftayırma zavodları istehsalata başladıqdan sonra isə neft məhsullarının idxalının səviyyəsi tam dayanana qədər azalacaq.

İraq, yerli bazardakı çatışmazlıqları aradan qaldırmaq üçün təkmilləşdirilmiş benzin də daxil olmaqla bəzi neft məhsulları idxal edir.