15:25 - 29.12.2023
29 dekabr, Fineko/abc.az. “Wildberries” satış platforması, 8 yanvar tarixindən etibarən məişət texnikası və elektronikanın satışı üçün komissiyanı artıracaq.
ABC.AZ xəbər verir ki, məlumata görə, komissiya orta hesabla 5 faiz bəndi artacaq. Qulaqlıqlar, proyektorlar, elektrikli skuterlər və şarj cihazları kimi məhsullar üçün komissiya dəyişməyəcək. Monitorlar, kameralar, gamepadlar və s. üçün isə 2 bənd artacaq. Eyni zamanda prosessorlara komissiya haqqı 7 bənd — 5%-dən 12%-ə, "ağıllı" saatlara — 10 bənd- — 5%-dən 15%-ə yüksəldi. Komissiyanın təxminən 10-23% səviyyəsində qurulacağı gözlənilir.