10:35 - 28.12.2023
28 dekabr, Fineko/abc.az. Azərbaycanda yeganə qurum ABADA-dır ki, təhlükəli yüklərin daşınması üçün sertifikatlar verir.
ABC.AZ xəbər verir ki, bunu ilin yekunları ilə bağlı jurnalistlərlə görüşdə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş Katibi Kənan Qurbanov deyib.
Təhlükəli yüklərin nədən ibarət olduğuna aydınlıq gətirən Baş Katib bildirib ki, sözügedən sertifikatlar müddətli olaraq verilir:
"Təhlükəli yüklər deyəndə burada söhbət yanan materiallardan, partlayıcı maddələrdən, kimyəvi mallardan bəhs edilir. Bunun üçün xüsusi sertifikatlar yalnız ABADA-nın tədris mərkəzində verilir. Sözügedən sertifikatlar 5 il müddətinə verilir. İndiyə kimi 260 nəfərə bu sertifikatdan verilib".
12 Avqust 2026